Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yaponiyada donuz qızdırması yayılıb

7 mindən çox donuzu məhv ediləcək.

Yenixeber.org: Yaponiyanın mərkəzi Hönşü adasında yerləşən beş prefekturada donuz qızdırması təhlükəli vəziyyət yaradıb.

Bu barədə Kyodo agentliyi Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, fevralın 6-da keçirilən fövqəladə iclasda nazir Takamori Yoşikava vəziyyətin həddindən artıq gərgin olduğunu bildirib. Həmin gün axşam saatlarında Baş nazirin dəftərxanasında əlaqədar nazirliklərin, polis və silahlı qüvvələrin rəhbərlərinin iştirakı ilə fövqəladə toplantının keçiriləcəyi gözlənilir.

Artıq hərbi qulluqçuların Aiçi və Siqa prefekturalarında 7 mindən çox donuzu məhv etməyə başladığı bildirilir. Həmin heyvanların yerləşdiyi fermaların ətrafında polisin nəzarət etdiyi qadağa zonası yaradılıb.

Bu dəfə donuz qızdırması ötən ilin dekabrında Qifu prefekturasında başlayıb. Ötən ilin sonu və cari ilin əvvəllərində burada 9 min donuzun məhv edildiyi bildirilir. Buna baxmayaraq, xəstəliyin yayılmasının qarşısını almaq mümkün olmayıb.

1992-ci ildə Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında çox böyük donuz qızdırması epidemiyası qeydə alınmışdı. Həmin vaxt xəstəliyin qarşısı alınıb və 2007-ci ildə onun üzərində tam qələbə qazanıldığı elan edilmişdi. Yaponiya hökumətinin bildirdiyinə görə, həmin xəstəliyə əsasən donuzlar və qabanlar yoluxurlar və o, insanlar üçün heç bir təhlükə yaratmır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam