Redaktor seçimi
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Günün xəbəri

Rusiyanın -Bakıdakı səfirliyində səsvermə keçirilir

Rusiyanın Bakıdakı səfirliyində səsvermə keçirilir
Rusiyanın Bakıdakı səfirliyinin konsulluq bölməsinin binasında bu ölkənin Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsi üçün seçki məntəqəsi açılıb.
Yenixeber.org: Sərt karantin rejimi şəraitində keçirilən səsvermə sanitariya qaydalarına ciddi riayət etməklə baş tutur.

Bakı vaxtı ilə saat 08:00-dən (Moskva vaxtı ilə 07: 00) açılan seçki məntəqəsində Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşları səs verirlər.

Səsvermə prosesi saat 20:00-a (Moskva vaxtı ilə 19: 00) qədər davam edəcək.

Səsverməyə gələnlərin temperaturu ölçülür, onlara maska və tibbi əlcəklər, birdəfəlik qələm verilir.

Səfirlik əməkdaşları seçiciləri Azərbaycan hökumətinin koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq etdiyi sanitar normalara və məhdudiyyətlərə riayət etməyə çağırır.

Komissiya sədri Sergey Stepanov deyib ki, qaydalara riayət olunmasını təmin etmək üçün kabinələrin qarşısında xüsusi lövhələr quraşdırılıb: "Kabinələrin hər hansı bir səthlə təmasına imkan verməmək üçün xüsusi bir şəkildə təchiz edilib”.

Rusiyada Konstitusiya dəyişikliklərlə bağlı referendum aprelin 22-nə təyin edilmişdi, lakin sonra ölkədəki ağır epidemioloji vəziyyət səbəbiylə təxirə salındı. Daha sonra Rusiya Prezidenti Vladimir Putin səsvermənin iyulun 1-də keçiriləcəyini açıqladı.

İki pilot bölgənin - Moskva və Nijni Novqorod vilayətinin sakinləri iyunun 25-dən 30-dək baş tutan uzaq səsvermədə iştirak edə biliblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam