Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BMT rəsmisi Azərbaycan vətəndaşlarına müraciət edib -VİDEO

 

BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı “Bunu Azərbaycan üçün edin” adlı müraciət yayıb.

Yenixeber.org: Müraciətdə deyilir:

“Azərbaycan üçün et”

Əziz dostlar,

Təəssüf ki, COVİD-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır. Azərbaycanda da yoluxanların sayı artır. Təəssüf ki, ölənlərin də. Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik.

Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm:

- Fiziki məsafə saxlayın;

- Əllərinizi tez-tez yuyun;

- Tələb olunan yerlərdə maska taxın; onlardan düzgün istifadə edin;

- Zərurət yaranmadıqca evdən çıxmayın;

- Hökumətin tələblərinə riayət edin.

Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!

Təşəkkür edirəm!"

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam