Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Ölənlərin sayı kəskin artacaq”-ÇAĞIRIŞ

 

 Azərbaycanlı həkim Murad Məmmədli sosial şəbəkələr vasitəsilə Azərbaycan vətəndaşlarına karantin rejiminə riayət etmək və onsuz da ağır olan vəziyyəti bir qədər də çətinləşdirməməklə bağlı çağırış edib.

Yenixeber.org: Onun sözlərinə görə, karantin “görüntü yaratmaq” üçün tətbiq edilməyib, Bakı xəstəxanalarında xəstələr üçün yerlər həqiqətən qurtarır:

“Mən həkiməm, COVID-19 xəstələri ilə işləyirəm. Yalnız Allah bilir biz xəstəxanada nələr çəkirik… Vəziyyət xeyli dərəcədə ciddiləşib. Hər şey biz zənn etdiyimiz kimi olmadı. Bakıda COVID pasiyentləri üçün ayrılan yerlər qurtarır. Yoluxma maskimal dərəcədədir. Hər gün ağır pasiyentlərin sayı artır. Bu templə bütün gücümüz və gördüyümüz işlərə baxmayaraq, ölənlərin sayı kəskin artacaq”.

Murad Məmmədli bütün vətəndaşları ehtiyac olmadıqda ictimai yerlərə getməməyə və ictimai nəqliyyatdan istifadə etməməyə çağırır. O, xəbərdarlıq edir: “Yəni doğrudanmı elementar qaydalara riayət etmək belə çətindir: məsafə saxlamaq, maska taxmaq və əlləri yumaq? İnanın, ən pisi odur ki, bizdə İtaliya və İspaniyadan daha pis vəziyyət yaranacaq”.

Həkim, həmçinin hələ də virusun mövcudluğuna inanmayan insanlara müraciət edib.

“Əgər virusa inanmırsınızsa, onda inananların xatirinə karantinə əməl edin. Bilənlərin… görənlərin…xatirinə, nəhayət, Allah xatirinə. Əgər biz bu gün bulvarda, yaxud restoranda sosial məsafə saxlamadan yaşasaq, sabah cəzamız valideynlərimizi, cavan uşaqları və s. itirmək olacaq. İnsanlar fikirləşirlər ki, karantin və digər şeylər görüntü yaratmaq üçündür. Yox əzizlərim, yox! Bu cür yayılma tempi ilə bir azdan bizə tibbi personal da çatmayacaq! Əgər biz xəstələnsək bizim üçün həkim və xəstəxanalarda yer olmayacaq. Qoy Allah ölkəmizi və xalqımızı qorusun!”, – deyə həkim bildirir.

Murad Məmmədli həkimlərin hansı çətin vəziyyətdə işləməli olduqlarından da danışıb.

O deyib: “Siz inanmayacaqsınız ki, biz hansı vəziyyətdə işdən çıxırıq. Bütün həkimlərin üzünün dərisi çıxır, ayaqlarında damarlar şişib. Gecələr yuxuda aparatların səsi hamının qulaqlarındadır…Stres, yuxusuz gecələr, bütün bədəndə ağrılar…Biz hər gün bu vəziyyətdə işləyirik…ac, susuz və demək olar ki, təmiz havasız”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam