Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İran -İnterpoldan Trampı tutmağı tələb edir

İran İnterpoldan Trampı tutmağı tələb edir
İranın məhkəmə orqanları İnterpoldan ABŞ Prezidenti Donald Trampın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasım Süleymaniyə sui-qəsdə görə beynəlxalq axtarışa verilməsini tələb edir.
Yenixeber.org: Generalın qətli ilə bağlı hazırlıq işlərində iştirak edən ABŞ və digər ölkələrin siyasi, hərbi xadimlərindən ibarət 36 nəfəri müəyyən etmək mümkün olub.

Tehranın prokuroru Əli Mehranın sözlərinə görə, məhkəmə orqanları onların məsuliyyətə cəlb edilməsi və İnterpol vasitəsi ilə barələrində qırmızı status elan edilməsi ilə əlaqədar qətnamə qəbul edib. Bu qərarın dünyada hüquq-mühafizə qüvvələrinin tələb olunan şübhəlilərin axtarışını və tutulmasını asanlaşdıracağı hesab olunur.

Prokuror deyib ki, həmin şəxslər qətl və terrorda günahlandırılırlar: "Siyahının başında ABŞ PrezidentDonald Tramp var".

Xatırladaq ki, ABŞ yanvarın 3-də Bağdadda Süleymaninin aradan qaldırılması üçün əməliyyat keçirib. Buna cavab olaraq İran ABŞ qoşunlarının yerləşdiyi İraq bazasına raket zərbələri endirib. Əvvəlcə ABŞ PrezidentDonald Tramp və Pentaqon rəhbərliyi itki olmadığını söyləyiblər, sonra zərərçəkənlərin olduğunu etiraf ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam