Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bu ölkə də sərt karantinə keçir

 

 Koronavirus pandemiyasının yenidən geniş yayılması ilə əlaqədar olaraq sərt karantin tədbirlərinə qayıdan ölkələrdən biri də Qazaxıstandır.
Yenixeber.org: “News.kz” portalı xəbər verir ki, ölkənin xüsusilə Kostanay vilayətində epidemioloji vəziyyət son günlərdə pisləşib. Hər gün 100-ə qədər yoluxma qeydə alınır.

İyunun 8-dən 14-dək artım 26,5% idisə, iyunun 15-dən 21-dək bu göstərici 94% təşkil edib.

Bununla əlaqədar, iyunun 23-dən 30-dək karantin rejiminin gücləndirilməsi qərara alınıb. Bölgədə məktəbəqədər təhsil müəssisələrinin və idman komplekslərinin fəaliyyəti dayandırılır, restoran və kafelər isə yalnız çatdırılma rejiminə keçir.

Karantin qaydalarının pozulmasına görə, cərimələr nəzərdə tutulub.

Vilayətin baş dövlət sanitar həkimi Vladimir Neçitaylo deyib ki, bölgə karantinin yumşaldılmasına yalnız məhdudlaşdırıcı tədbirlərə tam əməl olunmaqla, epidemioloji vəziyyətin yaxşılaşdırılmasından sonra qayıdacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam