Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirusla bağlı Ordumuzdakı durum açıqlandı

 

"Koronavirus dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirildi. Ali Baş Komandanın tapşırığı ilə bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dezinfeksiya olundu".

Yenixeber.org: Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.

"Şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir. Eyni zamanda bizim laboratoriyalarımız var və analizləri də özüm aparırıq. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti böyük dəstək oldu. 

Ümumiyyətlə, Ali Baş Komandan orduda gedən prosesləri ciddi nəzarətdə saxlayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da orduda gedən məsələləri ciddi nəzarətdə saxlayır, göstərişlər verir, dəstək olur. Pandemiya ilə mübarizədə də belə oldu. 

Şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı yox idi, amma karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başladı və çağırış həyata keçirildi. Çağırışçılar arasında bir-iki fakt qeydə alındı".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam