Redaktor seçimi
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
Günün xəbəri

Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri

 

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi.

Yenixeber.org: Bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Z.Həsənov bildirib ki, ermənilər əlacsız vəziyyətdə qalaraq hətta qocaları səfərbər edib cəbhəyə göndərdilər, ancaq onlar da gəlib çıxa bilmədilər.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar uğurla davam edir:

“Bütün əsas istiqamətlərdə ordu inkişaf edir. Bunu beynəlxalq qurumlar da təsdiq edir. İslahatların əsas istiqaməti ordunu yeni müasir silah-texnika ilə təmin etmək, döyüş qabiliyyətini yüksəltmək, infrastrukturu inkişaf etdirmək və s-dir. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk. Müasir təlim mərkəzlərimiz var. Bizim təlimlərimiz müasir, döyüş vəziyyətinə maksimal yaxın vəziyyətdə keçirilir. Getdikcə təlimlərə daha böyük hissə və birləşmələri cəlb edirik”.

Z.Həsənovun sözlərinə görə, ordunun döyüş qabiliyyətinin, təcrübəsinin artırılmasında Türkiyə Silahlı qüvvələrinin rolu böyükdür: “Biz Türkiyə ordusunun təcrübəsindən istifadə edirik. Biz Türkiyə Silahlı qüvvələri ilə birgə təlimlər keçirilib. Əgər 2018-ci ildə biz birgə 8 təlim keçirmişdiksə, bu il təlimlərin sayı 13-ə çatdırılacaq”.

Nazir əlavə edib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən sosial baxımdan orduya böyük diqqət ayrılır:

"Bizim ordunun zabitlərinin əksəriyyəti daim ön xətdədir. Onların ailələri yaxın kəndlərdə kirayədə qalırlar. Biz Prezidentə müraciət etdik və dövlət başçısı buna reaksiya verdi və zabitlər üçün verilən kirayə pulları artırıldı. Bu qərar orduda yüksək qiymətləndirildi".

Z.Həsənov vurğulayıb ki, Müdafiə nazirinin əsas vəzifəsi ordunu daim yüksək döyüş vəziyyətində və müharibəyə hazır saxlamaqdır: "Bizim də vəzifəmiz Ali Baş Komandanın tapşırığına əsasən, qanun çərçivəsində ordunu daim yüksək döyüş vəziyyətində saxlamaqdır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam