Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Ordumuz hər an döyüş əməliyyatlarına hazır olmalıdır” - Zakir Həsənov

 

“Ordumuz hər an döyüş əməliyyatlarına hazır olmalıdır” - Müdafiə naziri
Yanvarın 5-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib
Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dünya 
Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibəti ilə xalqımıza təbrikini xatırladan Müdafiə naziri bayram təbrikində ordumuza verilən qiyməti xüsusi vurğulayıb və şəxsi heyət qarşısında qoyulan konkret tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. 



Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti təhlil edərək ötən il ərzində görülən işlər, əldə edilmiş uğurlar və 2019-cu ildə yerinə yetiriləcək fəaliyyətlər barədə çıxış edib. 

Azərbaycan Ordusunun bütün qoşun növü və qismlərinin fəaliyyətinə toxunan general-polkovnik Z.Həsənov müşavirə iştirakçılarından əsas diqqətin döyüş hazırlığı, qoşunların operativ, fasiləsiz və gizli idarə edilməsi, müdafiə sisteminin dayanıqlığı, qarşılıqlı fəaliyyətlərin təkmilləşdirilməsi, komandir və rəis heyətinin peşəkarlığının daim artırılması, şəxsi heyətin təlim-tərbiyəsi, vətənpərvərlik və döyüş ruhunun möhkəmləndirilməsi, hərbi qulluqçuların sağlamlığı və döyüş təminatının digər aspektlərinə yönəldilməsini tələb edib. 

Müdafiə naziri çıxışında xüsusi qeyd edib ki, dövlət başçısının da bildirdiyi kimi ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir. General-polkovnik Z.Həsənov bildirib ki, əldə edilmiş uğurlardan arxayınlaşmamalı, qoşunların taktiki, operativ və strateji səviyyələrdə fəaliyyətləri daim təkmilləşdirilməli, şəxsi heyət isə düşmən üzərində üstünlüyümüzü qorumaqla hər an döyüş əməliyyatlarına hazır olmalıdır. 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam