Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Böyük Britaniya - daha ucuz peyk naviqasiya sistemi əldə etmək niyyətindədir

Böyük Britaniya 2018-ci ildən Avropa İttifaqının “Galileo” peyk naviqasiya sisteminə alternativ olaraq düşünülən 5 milyard funt dəyərindəki bir layihədən imtina edə bilər.

Yenixeber.org: Bunun əvəzində hökumət alçaq orbitlərdə fəaliyyət göstərən 76 ədəd peykə malik olan və hazırda müflisləşmiş “One Web”in infrastrukturunu işə salmağı düşünür.

Qeyd edək ki, Avropa İttifaqı üzvlüyündən çıxandan sonra daha ucuz peyk naviqasiyası sistemi əldə etmək istəyən Böyük Britaniya “Galileo” və GPS üçün rəqib olan, başqa tezliklə və daha alçaq orbitdə çalışan “One Web”ə maraq göstərir. Bu variant hökumətə vur-tut 1 milyard ABŞ dollarına başa gələ bilər. Bundan əvvəl müflisləşdiyini elan etmiş “One Web” şirkəti Böyük Britaniya hökumətindən dəstək gələrsə, fəaliyyətini Floridadan bu ölkəyə köçürməyi vəd edib. Adıçəkilən şirkətin peyklərini bundan sonra da işlətmək üçün 1,5 milyard ABŞ dolları dəyərində sərmayə yatırılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam