Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Azərbaycanda -xarici vətəndaşa yüksək vəzifə verildi

 
Mark Qusriye “Azərcosmos” ASC-nin Baş kommersiya direktoru vəzifəsinə təyin olunub.
Yenixeber.org: ASC-dən verilən məlumata görə, Mark Qusriye karyerasına İngiltərənin telekommunikasiya və peyk rabitəsi bazarında lider olan “British Telecom” şirkətində başlayıb. Daha sonra Avropanın aparıcı peyk operatoru “SES” şirkəti tərəfindən alınan “Europe Star” və “Verestar” şirkətlərində rəhbər vəzifələrdə işləyib.

M.Qusriye fəaliyyətini “SES” şirkətinin ABŞ və Böyük Britaniyadakı ofislərində peyk xidmətlərini idarə etmək, satış əməliyyatlarını aparmaq və “Men adası”nda peyk xidmətlərinin icarəsi üzrə rəhbər vəzifələrdə davam edib. Mark 2013-cü ildən “KVH” qlobal mobil rabitə xidmətləri təklif edən şirkətdə Satış üzrə vitse-prezident vəzifəsinə təyin edilib və bir müddətdən sonra “KVH” şirkətinin Asiya-Sakit okean bölgəsi üzrə Birinci vitse-prezident olub.

Mark Qusriye Nottinqem Trent Universitetindən “Elektrik və Elektron Mühəndisliyi” üzrə bakalavr və magistr dərəcələri alıb. O, həmçinin, İngiltərənin Henley İdarəetmə Kollecində M.B.A. üzrə təhsilini davam etdirib.

Böyük Britaniyada və ABŞ-da satış əməliyyatları və peyk xidmətləri üzrə yüksək təcrübəyə malik olan Mark Qusriye həm regional, həm də beynəlxalq səviyyədə “Azərkosmos”un uzunmüddətli kommersiya strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

Qeyd edilib ki, Mark Qusriye bu ilin oktyabr ayından etibarən “Azərkosmos”un Bakı ofisində fəaliyyətinə başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam