Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Prezident İlham Əliyev -Xorvatiyanın dövlət başçısını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb. 

Yenixeber.org: Təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Xorvatiyanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu il diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasındakı mövcud əməkdaşlığın bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bütün sahələrdə uğurla davam edən strateji tərəfdaşlıq münasibətlərimiz birgə səylərimizlə bundan sonra daha da möhkəmlənəcəkdir.

Ölkələrimiz arasında enerji sahəsində gələcəkdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına Avropa İttifaqı Şurasının sədri qismində Xorvatiyanın verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Xorvatiya xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam