Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sürücülərin diqqətinə: Bu halda cərimələnməyəcəksiniz

Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən, icbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə, yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur.

Yenixeber.org: Bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.

Daxili İşlər Nazirliyi tərəfindən hərəkətdə olan avtomobillərin xüsusi qurğular vasitəsilə aşkarlanması zamanı avtomobilin dövlət qeydiyyat nişanı dəyişsə belə, köhnə sığorta şəhadətnaməsi qüvvədə olduğu təqdirdə, heç bir cərimə tətbiq edilməyəcək. Bu barədə məlumat İSB-nun Elektron İnformasiya Sistemində mövcuddur.

Qeyd edək ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” qanunun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin, fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam