Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Fransa karantin rejimini yumşaldır – Məktəblər açılır

Fransa karantin rejimini yumşaldır  – Məktəblər açılır

Fransa Elm Şurası mayın 11-dən etibarən ölkədə tədricən müəssisə və məktəblər açılacağı üçün məktəbə gedəcək şagirdlər və ailələrinə tövsiyyələr verib. 

Yenixeber.org: Şura ibtidai sinifdən liseyədək təhsil alan uşaqların məktəblərdə məcburi maska taxmalı olduqlarını açıqlayıb. 

Həmçinin bildirilib ki, uşaqlar sosial məsafə qaydalarına da əməl etməlidirlər. Bununla yanaşı, şagirdlərin naharı müvəqqəti olaraq siniflərdə yemələri, yeməkxanadan yemək alarkən bir-birləri ilə yaxın ünsiyyət qurmamaları tövsiyə olunub. Şura tədrisin ikiyə bölünməsinin, yəni dərslərin səhər və günorta saatlarında keçirilməsinin vacibliyini də diqqətə çatdırıb. Çünki bu, həm də şagird sıxlığının azalmasına səbəb olacaq. 

Son olaraq diqqətə çatdırılıb ki, şagirdlər məktəbə könüllü olaraq getməlidirlər, onların tez-tez sınaq olunmasına ehtiyac yoxdur. 

Qeyd edək ki, Fransanın Səhiyyə Nazirliyi tərəfindən ölkədə virusa yoluxanların sayının 161 min 488 nəfər olduğu açıqlanıb. Ölənlərin sayı isə 22 min 856 nəfərdir. Son məlumatlara görə, ölkədə 44 min 903 nəfər virusa qalib gəlib. 4 min 682 nəfər isə reanimasiyadadır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam