Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan təhsilində böhran -32 məktəb bağlandı

 

Ermənistan təhsilində böhran - 32 məktəb bağlandı

Ermənistanda davam edən sosial, iqtisadi, siyasi böhran ölkənin təhsil sahəsinə də sirayət edib. Son bir neçə ildə 32 orta ümumtəhsil məktəbi şagird çatışmazlığından bağlanıb. İşğalçı ölkənin məşhur psixoloqu Mirdat Madayan bildirir ki, Ermənistanda vəziyyət daha ağır həddə çatacaq.

Yenixeber.org: Ermənistanın “İravunq” nəşri məlumat verir ki, hazırda ölkədə bütün sahələrdə özbaşınalıqdır. Mirdat Madayanın nəşrə verdiyi müsahibəsində bildirib ki, Ermənistanda məktəblər haqqında danışmağa dəyməz. Çünki elm və təhsil naziri Arayik Arutunyan ölkədə marixuananın leqallaşdırılmasının tərəfdarıdır.

Psixoloq qeyd edib ki, o məktəbə uşaq göndərmək istəmir. “Qorxuram ki, ona marixuananın niyə zərərli olduğunu başa sala bilməyim”. M.Madayan nazir Arayik Arutunyana narkotik maddələrin leqallaşdırılması əvəzinə məktəblərdəki problemləri aradan qaldırmağı tövsiyə edib. O diqqətə çatdırıb ki, 20 ilə yaxındır Ermənistanda şagirdlər qəzalı binalarda təhsil alırlar. Hökumət büdcədə vəsait çatışmadığını bəhanə gətirərək bu sahədə yenidənqurma işləri həyata keçirmir. Nəticədə infrastruktur tamamilə sıradan çıxıb. Ermənistan təhsilində daha bir problem isə şagird çatışmazlığı ilə bağlıdır. Bunun əsas səbəblərindən biri də miqrasiya ilə bağlıdır.

Erməni psixoloq əlavə edib ki, valideynlər soyuq, qəzalı binalarda uşaq oxutdurmaq istəmirlər. Ona görə də son bir neçə ildə 32 orta ümumtəhsil məktəbi bağlanmalı olub.

Ermənistanın “Hetq” xəbər portalının məlumatına görə, elə məktəblər var ki, orada cəmi 7 nəfər oxuyur. Məsələn, bir neçə kəndi əhatə edən Taşir inzibati dairəsinin ərazisində məktəbdə ikinci sinfə yalnız 1 şagird gedir.

Psixoloq Mirdat Madayan bildirir ki, səhiyyə sahəsində də vəziyyət eynidir. Ölkənin səhiyyə sisteminə nəzarət edən Arsen Torosyan uşaq tabutlarının istehsalının artırılması haqqında olduqca çox danışır. “Belə bir insan Ermənistan səhiyyəsinə rəhbərlik edir. Üstəlik hər iki nazir Paşinyan komandasının fəal üzvüdür”, - deyə psixoloq qeyd edib.("Azərtac") 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam