Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çini məhkəməyə verənlərin, kompensasiya istəyənlərin sayı artır

 

 İtaliyanın “De La Poste” oteli Çinin Səhiyyə Nazirliyini məhkəməyə verərək pandemiya dövründə dəyən ziyana görə kompensasiya tələb edib.

Yenixeber.org: “İnterfax” xəbər verir ki, otel İtaliyada Alp dağlarında Kortina-dAmpesso kurortunda yerləşir.

Bildirlib ki, iddia Bellyno məhkəməsinə təqdim edilib. İddiaya əsasən, Çinin Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatını koronavirusla bağlı vaxtında və ətraflı məlumatlandırmadığı üçün kurorta gələn minlərlə insanı müayinə etməyiblər. Bu isə çoxlu sayda insanın yoluxmasına və ölümünə səbəb olub. Otel cari il martın sonunda dağ xizəyi üzrə dünya kuboku yarışının qonaqlarını qəbul etməyə hazırlaşırmış. Dağ xizəyinin mövsümü zamanı otel koronavirusa görə martın 12-də bağlanıb, əməkdaşları işdən azad etməyə məcbur olub və bütün tədarükçülərlə müqavilələri pozub.

“De La Poste” dördulduzlu oteli şəhərin ortasında yerləşir. XIX əsrdə tikilib. Qışda ikiyerlik nömrənin sutkalıq kirayəsi 200-400 avrodur.

Məlumata görə, ABŞ-ın Missiri ştatı da Çin hökumətini məhkəməyə verib. Bu əyalət insan itkisi və iqtisadi ziyana görə bu ölkədən kompensasiya tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam