Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Dünyanın ən qeyri-adi otel və hostelləri- Foto

 

Dünyanın ən qeyri-adi otel və hostelləri

 

2017-ci ilin əvvəlindən dünyanın müxtəlif yerlərində otel və hostellər açılıb. Onların sırasında yetərincə qeyri-adi olanlar var. Bəziləri qonaqları xüsusi dizaynı, digərləri təqdim edilən xidmətlər və hətta məkanın ölçüləri ilə təəccübləndirib

Yenixeber.org:  Qaynarinfo-ya istinadən son bir neçə ay ərzində ilk turistlərini qəbul edən maraqlı hotelləri təqdim edir:

1) "The Book and Bed Tokyo-Kyoto” (Kioto, Yaponiya) kitab hostelində yataq yerləri kitab rəflərində yerləşir. Hər seksiyada lampa və pərdə var.

2) Təl-Əvivdə Frişman çimərliyində xilasediclərin qülləsində quraşdırılan ilk otel yalnız 10 gün - 15-25 mart tarixində fəaliyyət göstərib. Bu oteldə yalnız müsabiqədə iştirak edərkən yaşamaq mümkün olub.

3) Məşhur ingilis rəssamı Benksinin də artıq öz oteli var. "Walled Off Hotel” oteli Fələstin və İsrail sərhədində açılıb. Oteldə doqquz adi və bir syut var. Otelin otaqlarının divarlarını Benksinin əsərləri bəzəyir.

4) "The 7th Room ” otelini Laplandiyada meşədə inşa ediblər. Ənənəvi Skandinaviya evini xatırladan ev 10 metr hündürlükdə 12 sütun üzərində qurulub. Ümumi sahəsi 55 kvadratmetrdir.

5) Maldiv adalarında dəbdəbəli otellərin açılışı adi haldır. Amma "Hurawalhi Island Resort” beşulduzlu otel sualtı restoranı ilə qürrələnə bilər. Masalar şəffaf tuneldə yerləşdirilib, dəniz məhsulları yalnız menyuda deyil, eləcə də ətrafdadır.

6) İspaniyanın "In-Tenta” dizayner şirkəti otel deyil, portativ mehmanxana otağı icad edib. "Drop box” adı alan konstruksiya dörd nəfər üçün nəzərdə tutulub. İki yataq otaqlı variant nəzərdə tutulub. Nömrədə vanna otağı və terras var.

7) İlin əvvəlində Sinqapurun mərkəzində "Oasia” oteli qonaqlarını qəbul etməyə başlayıb. 27 mərtəbəli bina təbii bitki örtüyünə malikdir. Oteldə 314 nömrə var, burada ofis və mağaza fəaliyyət göstərir.

8) Yaponiyanın "Henn na Hotel” otelində martın ortasında, demək olar ki, əməkdaşlar olmur. Qeydiyyat masasında çalışan qızları və digər əməkdaşları robotlar əvəz edir.

9) "The Breakers” oteli 1896-cı ildən fəaliyyət göstərir. Doğrudur, həmin dövrdə otel "The Palm Beach Inn” adlanırdı. "The Flagler Club” oteli isə bu yaxınlarda açılıb. Dünyada ilk dəfədir ki, bir otelin içində başqa bir otel açılır. Nömrələrin qiyməti isə burada 2,1 min dollardan başlayır.

10) Yük konteynerlərindən inşa edilən "Quadrum” oteli martın əvvəlində Gürcüstanda açılıb. Qudauri məşhur dağ-xizək kurortudur. Otel turistlərə bir nəfərlik və ailəvi, eləcə də lüks nömrələr təklif edir. Bundan başqa, hovuz və sauna da xidmətinizdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam