Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
Günün xəbəri

Balakəndə narkotacirlər saxlanılıb-FOTO

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 27 yaşlı Anar Qarayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb. A.Qarayevin ətrafında aparılan araşdırmalarla ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduqları müəyyən olunub. Onlar da şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. N.Cəfərov və F.Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Balakən RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam