Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Casus general - daxili işlər nazirini öldürmək istəyib?

 Ukraynanın təhlükəsizlik rəsmisi Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıqda və Ukrayna Daxili işlər naziri Arsen Avakovun qətlini planlaşdırmaqda şübhəli bilinir. Bu haqda Avakovun müavini Anton Geraşenko aprelin 16-da axşam televiziya müsahibəsində danışıb. Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) general mayoru Valeri Şaytanov  Avakovu və Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı savaşmış çeçen könüllülərin lideri Adam Osmayevi öldürməyi planlaşdırmaqda şübhəli bilinir.

Yenixeber.org: SBU bir gün əvvəl Şaytanovla birlikdə FSB ilə əməkdaşlıqda şübhəli bilinən daha bir keçmiş məmuru saxladığını bildirmişdi. General şaytanov aprelin 14-də vətənə xəyanət və terrorçuluqda şübhəli bilinərək saxlanıb.

Bir gün sonra isə FSB ilhaq etdiyi Krım regionunda Ukrayna üçün casusluq etdiyi iddia olunan rusiyalı hərbçi və bir ukraynalının saxladığını açıqlayıb.

Lakin SBU-nun Baş idarəsinin rəis müavini Vitali Mayakov bildirib ki, general Şaytanovun daxili işlər nazirini öldürməyi planlaşdırdığına dair sübut yoxdur.

Cinayət işinin materiallarına görə, SBU-nun xüsusi əməliyyatlar Mərkəzinin keçmiş rəhbərlərindən biri olan Şaytanov “Bobıl” psevdonimi ilə Rusiya xüsusi xidmət orqanları ilə agentura əlaqələrində olub. İstintaq onun Ukrayna ərazisində terror aktları törətməyə hazırlaşdığına dair sübutlara malikdir. Bunun əvəzində FTX ona 200 min dollar pul və Rusiya pasportu vəd edib.

Habelə məlum olub ki, Şaytanov Ukrayna ordusunun Donbassdakı əməliyyatları barədə məxfi məlumatları Rusiyaya ötürüb. O cümlədən xüsusi xidmət zabitlərini Rusiya ilə əməkdaşlığa cəlb edib. /Virtualaz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam