Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

FTX rusiyalı hərbçini saxlayıb-casusluqda şübhəli bilinir

Noyabrın 20-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Rostov regionunda Ukrayna üçün casusluqda şübhəli bilinən hərbçini saxlayıb.

Yenixeber.org: Rusiya vətəndaşına dövlətə xəyanət ittihamı irəli sürülüb və təqsiri sübuta yetirilərsə, 12 ildən 20 ilədək həbsə məhkum edilə bilər.

FTX-nin məlumatına görə, şübhəli Ukrayna hərbi kəşfiyyatı üçün “tapşırıqlar yerinə yetirib”, bu zaman “bilərəkdən Rusiya Silahlı Qüvvələrinə aid hərbi xarakterli gizli informasiya yığıb”.

Ukraynanın Müdafiə Nazirliyi bu məsələni şərh etməyib.

FTX-nin yaydığı 26 saniyəlik videoda şübhəlinin Aksay şəhərində evində həbs olunduğu görünür.

Rusiyada mənzillənən Münaqişə Kəşfiyyat Komandası şübhəlinin 1991-ci il təvəllüdlü Ruslan Artikov olduğunu müəyyənləşdirib. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam