Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Sahil Babayev 190 manatın -600 min vətəndaşa çatdırılacağı vaxtı açıqladı


 

"Ayın sonuna qədər birdəfəlik ödəmə veriləcək şəxslərin gündəlik rəqəmini 25-30 minə çatdırarıq. Çalışacağıq ki, bu ayın sonu-mayın əvvəlində 600 min insanın hər biri bu vəsaiti ala bilsin".
Yenixeber.org: Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, əsas sual vəsaitin götürülməsi ilə bağlıdır:
“Çünki gün ərzində ödəniş həddindən artıq çox olanda istənilən şəkildə bank və poçt şöbələrində vətəndaşların müraciəti və sıxlığı yarana bilər. Ona görə bunu aidiyyəti dövlət qurumu ilə tənzimləməyə çalışdıq. Bu gün əsas yük poçt şöbələrinin üzərinə düşüb”.
S.Babayev hesab edir ki, ən geci mayın ilk həftəsinə qədər bütün vəsaitlər vətəndaşlara çatdırılacaq: “İkinci ödənişin böyük hissəsi də köçürmə yolu ilə həyata keçsə, işlər daha sürətli ola bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam