Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

11 min manatlıq birdəfəlik ödəmələr niyə gecikir? - Nazir AÇIQLADI

11 min manatlıq birdəfəlik ödəmələr niyə gecikir?- Nazir AÇIQLADI

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı səsləndirilən narazılıqlara münasibət bildirib.

Yenixeber.org: Nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə gecikmənin şəhidlərə bağlı sənədlərin toplanması ilə bağlı olduğunu deyib.

Nazir bildirib ki, məsələ ilə əlaqədar ötən ilin oktyabr ayının sonunda ilkin məlumat toplandı və işlərə start verildi: "Müraciətlər toplanandan sonra noyabrdan etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sığorta şirkəti ilə iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar bir aya toplanıldı. Yekun qərarda 2700-dən artıq insanın sənədləri bir araya gətirildi".

Proqramın hazırlanması üçün prosesin 3 ay çəkdiyini xatırladan S.Babayev qeyd edib ki, 3000-ə yaxın insanın sənədlərin toplanması asan məsələ deyil: "Biz hər bir sənədə bir-bir baxırdıq. Daxili İşlər Nazirliyi arxivlərindən 461 polis şəhidinin məlumatlarını bizə təqdim etdi. Bunu ona görə açıqlayıram ki, adətən pərdə arxasında olan iş tam olaraq məlum olmur. Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında çıxışı zamanı sənədlərin toplanıldığını və işlər yekunlaşdıqdan sonra qərar veriləcəyini bəyan etmişdi".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam