Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ölümə səbəb olan virusların niyə yarasalardan yoluxduğu iddia edilir? - ARAŞDIRMA

 

Yeni bir araşdırma Ebola və SARS kimi bir çox virusun yarasalardan keçməsinə əsaslar verdi. 
Yenixeber.org: Yarasalar heyvandan insana yoluxan bir çox xəstəliklərin səbəbkarı sayılır. Ebola, SARS, Marburq, Nipah kimi viruslarla yanaşı, indi də Kovid-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusunun da yarasalardan yoluxduğu düşünülür. Bildirilir ki, yarasalar uça bilən və məməlilər sinfində minə yaxın növə sahib olur. Onlar uçan zaman virus bölgələrini gəzə bilir.  Araşdırmalar göstərir ki, yarasalar yüksək immunitet sisteminə malikdirlər.
Buna görə yarasalar yoluxucu xəstəliklərə qarşı dözümlüdürlər, lakin bu cür viruslar insanlara yoluxduqda daha ağır nəticələrə səbəb olur. Virus immuniteti güclü olan yarasaya yoluxanda onu öldürə bilməsə də, inkişaf edir, amma başqa bir canlıya yoluxduqda ölümcül olur. 
Əvvəlki tədqiqatlar göstərdi ki, yarasalar heyvanlar aləmindəki digər canlılara nisbətən daha çox zoonotik xəstəliklərə malikdir. Bu tədqiqatlar həmçinin sübut edir ki, yarasada olan viruslar insanlara digər heyvanlardan daha çox ötürülür  və ölümə səbəb olur. 
Bu səbəbdən də alimlər bildirirlər ki, yarasaların qorunması həm onlar, həm də bizim üçün faydalı ola bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam