Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

II Dünya müharibəsinin veteranı koronavirusdan sağaldı-FOTO

 

 

© CNN — Veteran Albert Çambers

II Dünya müharibəsi veteranıingiltərəli 99 yaşlı Albert Çambers koronavirusdan sağalaraq xəstəxanadan evə buraxılıb.

Yenixeber.org: Hadisə İngiltərənin Donkaster şəhərində baş verib.

Bu ilin iyulda ayında 100 yaşını qeydə edəcək A.Çambers xəstəxanaya əlini qırdığına görə yerləşdirilib. Orada onda COVID-19 simptomları ortaya çıxıb və bundan sonra edilən koronavirus testinin nəticəsi pozitiv çıxıb. Bununla belə, xəstəliyin əsasən qocalar üçün təhlükəli olmasına baxmayaraq, 99 yaşlı veteran koronavirusa qalib gələ bilib.

“Çox sağ olun. Sizin mənim üçün etdiyiniz hər şeyi dəyərləndirirəm. Bundan daha yaxşısı ola da bilməzdi”, - Albert Çambers söyləyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 633 000-i ötüb. Bunların 366 673 nəfəri sağalıb, 99 473 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Müharibə illərində gənc əsgər Albert Çambers

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam