Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Rusiya Ermənistana humanitar yardım göndərəcək-2 təyyarə ilə

 

 İki Rusiya təyyarəsi Ermənistana COVID-19 ilə mübarizə aparmaq üçün tibbi ləvazimatlar çatdıracaq.

Yenixeber.org: Bu barədə Sputnik Ermənistan öz mənbələrinə istinadən məlumat yayıb.

Daşınmanın vaxtı ilə bağlı hələlik informasiya verilmir.

Respublika Səhiyyə Nazirliyi qeyd edib ki, bundan əvvəl Yerevan Moskvadan koronavirus üçün 10 min test verilməsini istəmişdi. Bu günə qədər Ermənistan artıq üç min test alıb.

Ölkədə 850-dən çox COVID-19 yoluxma hadisəsi aşkar edilib. Səkkiz nəfər ölüb. Respublika ərazisində fövqəladə vəziyyət mövcuddur.

Dünyada koronavirus infeksiyası hallarının sayı 1,3 milyon nəfərdir. 74 mindən çox insan ölüb, təxminən 284 min adam sağalıb.

Rusiyada bu günə qədər 7,4 min yoluxma hadisəsi qeydə alınıb. Sağalan xəstələrin sayı 494, ölənlərin sayı isə 58 olub.

NEWS.ru saytının yazdığına görə, Rusiya yazın sonunadək üç mindən çox test dəstini MDB ölkələrinə göndərəcək. Onların hər biri 100-ə qədər tədqiqat aparmağa imkan verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam