Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniyada azərbaycanlıların qaldığı yataqxana söküldü - VİDEO

 

Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların qaldığı yataqxana sökülüb.

Yenixeber.org: Şimali Reyn Vestfaliya əyalətində yerləşən yataqxanada Azərbaycan, Gürcüstan, Əfqanıstan, Monqolustan, Nigeriya və Somalidən olan sığınacaq axtaranlar qalırmış.

Bu ilin fevral ayında yataqxana bağlanıb, sakinləri isə yaxınlıqdakı sosial evlərə köçürülüb.

Yataqxananın bağlanmasına səbəb isə Bonn Şəhər İdarə Məhkəməsinin qərarı olub.

 

 

Belə ki, bu yataqxanada sığınacaq axtaranlar arasında tez-tez dava düşür, yaşayış qaydalarına riayət etməyənlər ətrafda yaşanları narahat edirmiş. Ötən ilin noyabr ayında yataqxana ilə bağlı ərazidə yaşayanlar məhkəməyə şikayət ərizəsi ilə müraciət ediblər. 

 

 

Məhkəmə də bələdiyyənin balansında olan və 12 sığınacaq axtaranın qaldığı yataqxananın bağlanması ilə bağlı qərar verib.

Bağlanan yataqxananın yerini alan tikinti şirkəti yaşayış binasının inşası üçün ötən gün söküntü işlərinə başlayıb.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam