Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək

Hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək

 

Sumqayıtda qəzalı vəziyyətdə olan yataqxananın söküntüsünə qərar verilib. Yataqxanada məskunlasan 209 ailə artıq köçürülür. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərə ümumilikdə 6 milyon 710 min manat vəsait ödəniləcək

Yenixeber.org: Hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək.

Sumqayıt şəhər 76-cı məhəllə ərazisində yerləşən, qəzalı vəziyyətdə olan 6A saylı yataqxananın sakinləri artıq köçürülməyə başlanıb. Qəzalı binada insanların yaşaması mümkün olmadığı üçün sökülməsinə qərar verilib.

Sumqayıt şəhər İcra hakimiyyətindən XəzərXəbərə bildirilib ki, yataqxanada qeydiyyatda 209 ailə var. 1 nəfərlik ailə üçün 25 min, 2 nəfərlik ailə üçün 30 min, 3 və ya daha çox nəfərlik ailə üçün isə 35 min manat olmaqla sakinlərə ümumilikdə 6 milyon 710 min manat vəsait ödənilib. Sakinlər həmin vəsaitlərini aidyyatı üzrə müracət edərək əldə edə bilirlər.

Yataqxanada məskunlaşan ailələrin 150 manat kirayə pulu da 1 ay əvvəldən ödənilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam