Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təhsil Nazirliyi məktəblilər üçün teledərslərə başladı - VİDEO


Təhsil Nazirliyi teledərslərə start verir.
Yenixeber.org: Bu barədə Təhsil Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin şaird və valideynlərə müraciətində deyilir:
"Əziz şagirdlər, hörmətli valideynlər,
Martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.
İbtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdlərini “Mədəniyyət” kanalının ekranı qarşısında gözləyəcəyik. Artıq müstəqil öyrəmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə isə həftədə 2 dəfə görüşəcəyik.
İbtidai siniflərlərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.
Əziz şagirdlər!
Dərs cədvəlinə diqqət edin, dərsinizi “Dərs vaxtı”nda öyrənin. Unutmayın ki, öyrənmə yalnız sinif otağında deyi, ekran qarşısında da mümkündür.
“Dərs vaxtı”nda həftənin 5 günü sizinləyik! “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam