Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan məktəbliləri- daha çox BU FƏNLƏR üzrə beynəlxalq olimpiadalarda iştirak edirlər

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında əsasən riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə iştirak edirlər.

Yenixeber.org: Bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Azərbaycan şagirdləri 15-dən çox beynəlxalq olimpiadada iştirak edir. Bu olimpiadaların qalibləri Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul ola bilirlər.

F.Qarayev əlavə edib ki, Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq üçün məktəblərdə beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Bu gün həmin mərkəzlərdə 300-dən çox şagird məktəbdənkənar fəaliyyət olaraq, dərslərdə iştirak edir. Bu mərkəzlərdə yerli və xaricdən dəvət olunmuş professorlar şagirdlərə dərs keçirlər.

Şöbə müdiri Azərbaycanda fizika, riyaziyyat, kimya, informatika, tarix, Azərbaycan dili, ədəbiyyatı, coğrafiya olmaqla ümumilikdə 8 fənn üzrə respublika fənn olimpiadaları keçirildiyini də xatırladıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam