Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu

 

 

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev bu şəhərin Sarıyer Bələdiyyəsinin başçısı Şükrü Gençi və onun müavini Hüseyin Coşku ilə görüşüb.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, baş konsul görüşdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” şüarı əsasında inkişaf etdiyini bildirib. O, bundan sonra da həmin şüarı rəhbər tutaraq Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyən olunan siyasi kurs əsasında davam etdiriləcəyini bildirib.

 

 

Şükrü Genç ölkəmizlə hər sahə üzrə əməkdaşlıq etməyə hazır olduğunu deyib. Bələdiyyə başçısı ulu öndər Heydər Əliyevin doğum və vəfat tarixlərinin bələdiyyənin cari ildəki tədbirlər təqviminə daxil olunduğunu qeyd edib.

Görüş iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi məqsədilə irəli sürülən layihə və təşəbbüslərin icrası istiqamətində müzakirələrlə davam etdirilib.(report)

Vüsalə Abbasova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam