Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Niyazi Bayramov türkiyəli səfirlə görüşüb

 

Niyazi Bayramov türkiyəli səfirlə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.
 Yenixeber.org: Görüşdə Azərbaycanla Türkiyə arasındakı dosluq və qardaşlıq münasibətlərindən söz açılıb, mövcud əlaqələrin günü-gündən daha da möhkəmləndiyi diqqətə çatdırılıb. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğu, bu münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğu dilə gətirilib. Qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir. 



Bu münasibətlərin genişləndirilməsində Gəncə də əhəmiyyətli rola malikdir. Son vaxtlar Gəncədə xarici sahibkarlar, o cümlədən qardaş Türkiyənin iş adamları üçün əlverişli şərait və geniş imkanlar yaradılıb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin "bir millət - iki dövlət" prinsipinə əsaslandığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Səmimi söhbət şəraitində keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam