Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

“Mayın 1-nə kimi tətil” təxribatını kim yayıb?

“Mayın 1-nə kimi tətil” təxribatını kim yayıb?

Dünən bir sıra dövlət internet resurslarına bir müddət giriş mümkün olmayıb. Həmin vaxt isə sosial şəbəkələrdə məktəblərin mayın 1-nə kimi bağlanması haqda xəbər paylaşılırdı.

 

Yenixeber.org: Məsələyə şərh verən texnologiya üzrə mütəxəssis Osman Gündüz deyib ki, kimlərsə adıçəkilən məlumatı fırıldaqçılıq edərək, sanki Təhsil Nazirliyinin rəsmi saytının yaydığı məlumat olaraq sosial mediada təqdim edib.

“Maraqlıdır ki məhz bu məlumalar yayılandan bir qədər sonra Təhsil Nazirliyinin və Nazirlər Kabinetinin saytlarına da girişdə problemlər yaranıb.

İlkin araşdırmalarımız göstərir ki adı çəkilən saxta mesajın yayılması ilə bəzi dövlət resurslarına girişin məhdudlaşdırılmasının bir - biri ilə hər hansı əlaqəsi olmayıb.

Bildiyim qədər Gov.az resurslarının təhlükəsizliyinə cavabdeh olan XDMX yanında Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Agentliyi bəzi resursların yerləşdiyi serverlərdə adi qaydada testlər aparıb. XDMX adətən bu tip testləri, müxtəlif serverlərdə miqrasiya işlərini qeyri-iş günlərində edir.

Gov.az resursları XDMX -nın Data Mərkəzində yerləşir.

Güman etmək olar ki XDMX-nın testləri zamanı bəzi resurslara girişdə müəyyən problemlər olub.

"1 May tarixədək tətil" saxta xəbəri ilə bəzi dövlət resurslarına giriş arasında zaman fərqi təxminən 2 saat olub. Sonradan girişlə bağlı problem aradan qaldırılıb.

İnanmaq istərdim ki, sosial mediada yayılan mesaj adi bir məktəbli zarafatıdır.

Eyni zamanda düşünürəm ki , "1 May tarixədək tətil" mesələsinin adi bir məktəbli zarafatı, yoxsa Koronavirusla bağlı panika yaratmaq üçün düşünülmüş bir təxribat olduğunu araşdırmaq DTX -nın işidir.

Xatırlatmaq istərdim ki, sosial mediada bu tip yalan və saxta məlumatların yayılması cinayət məsuliyyəti yaradır.

Yeri gəlmişkən, XDMX -nın müfaviq qurumunun da dövlət resurslarında istənilən bir testlə bağlı hərəkətləri haqqında qabaqcadan məlumat verməsi doğru olardı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam