Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Gömrük Komitəsi risk edir”-Ekspert

 

“Gömrük Komitəsi qurd ürəyi yeyib” -

Ötən gün Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Yenixeber.org: Anlaşmanı şərh edən ekspert Osman Gündüz deyib ki, Huawei şirkəti ilə ABŞ və bir neçə aparıcı ölkələrin davası hələ bitməmiş bu tip addımların çox riskli olduğunu düşünür:

“Məlum olduğu kimi ABŞ global Huawei şirkətini telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. Bu ölkələr Huawei-in milyardlarla marketinq siyasəti və ucuz məhsul satmasını da Çin hökumətinin dəstəyilə olduğunu iddia edirlər. 5G reallaşanda bu məsələ daha da ciddiləşdi. Şirkət də bütün bunları təkzib edir.

Həm də, gizli deyil ki ölkəmizdə Gov.az sektorunda təhlükəsizliyə cavabdeh dövlət qurumu olan XDMX-nin da bu istiqamətdə yazılmayan tövsiyyələri var.

Ümumiyyətlə, bizdə dövlət sektorunda Huawei-in xüsusi çəkisi yetərincədir. Ucuz və əlçatan olduğu üçün, güclü marketinqləri olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib.

Həmçinin bir sıra yeni global və regional layihələrimiz də var ki orada da Huawei iştirak edir.

Bu baxımdan düşünürəm ki XDMX ABŞ sanksiyaları və ondan doğan nəticələri və Azərbaycanın maraqlarını nəzərə almaqla aydın bir mövqe ortaya qoymalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam