Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı problemlər var

 

"Son dövrlərdə Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı bəzi problemlər müşahidə olunmaqdadır.

Bu problemlər daha çox dövlət qurumlarının internet təhlükəsizliyinin qorunması sahəsində özünü göstərir”.

"Xeberinfo.com":  Məlumata görə, bunu açıqlamasında, Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

O.Gündüz qeyd edib ki, Ermənistan və Azərbaycan sərhəddində baş verən hadisələrdən sonra erməni hakerləri tərəfindən Azərbaycanın informasiya resurslarına hücumlar sürətləndi: “Bundan sonra da dövlətin bəzi informasiya resurslarının dayanıqlılığı ilə bağlı ciddi problemlər üzə çıxdı. Aydın oldu ki, ölkədə informasiya təhlükəsizliyi ilə bağlı problemlər hələ də həll olunmayıb. Düşünürəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində olan Elektron Təhlükəsizliyi Mərkəzi ilə Xüsusi Mühafizə Xidmətinin nəzdində fəaliyyət göstərən dövlət agentliyi qabaqlayıcı tədbirlər görməlidir”.

AİF prezidenti, dövlət qurumlarına bununla bağlı metodiki dəstəyin göstərilməsini və dövlət saytlarında monitorinqlərin keçirilməsini təklif edib: “Sonra da monitorinqlərin nəticələri açıqlanmalı və nəticələr dövlət qurumlarına təqdim olunmalıdır ki, bu qurumlar zəif cəhətləri bilsinlər və lazımi tərbirlər görsünlər. Elə qurumlar var ki, bir dəfə də olsun, internet resursları ilə bağlı heç bir tədbir görməyiblər. Düşünürəm ki, bu sahədə işlər genişləndirilməlidir.

Gələcəkdə isə Azərbaycanla bağlı maraqların daha da çoxalması və gücləndirilməsi planlaşdırılır. Bunların çoxu Azərbaycanı istəməyən dövlətlərin maraqlarıdır. Həmin dövlətlər ilk növbədə informasiya resurslarımızın sıradan çıxarılmasına cəhd edəcəklər”.

salamnews


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam