Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bolqarıstanda da Xocalı faciəsi anıldı

 

Bolqarıstanda Xocalı faciəsi anıldı
Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə paytaxt Sofiyada Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib.
Yenixeber.org: Səfirlikdən verilən məlumata görə, Azərbaycan rəssamlarının əsərlərinin reproduksiyaları və uşaqların rəsm nümunələrindən ibarət sərgi çərçivəsində bolqarıstanlı piano ifaçısı Ani Linçeva Azərbaycan, Bolqarıstan və tanınmış dünya bəstəkarlarının klassik əsərlərini ifa edib.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə günahsız insanların bir gündə baş vermiş ən böyük qətliamı adlandırıb. Bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, ümumilikdə, 613 günahsız və silahsız azərbaycanlı öldürülüb, 487 nəfərin yaralanıb, 1275 nəfərin girov götürülüb, 150 nəfərin taleyinin hələ də naməlum qalmaqdadır. Bundan başqa, 8 ailə tamamilə məhv edilib, 130 uşaq 1 valideynini, 25 uşaq isə hər iki valideynini itirib. Öldürülənlərdən 56-sı xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı sakinləri məhz azərbaycanlı olduqları üçün öldürüldülər.

O, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın hələ müdafiə naziri olduğu dövrdə britaniyalı jurnalist Tomas de Vala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda qırıldığını etiraf etdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən amansız qətliamı təsvir edən qanlı hadisələrin şahidləri - fransız jurnalisti Jan-İv-Yunetin xatirələrindən və erməni jurnalisti Davud Xeyriyanın “Xaç naminə” kitabındakı açıqlamalarından bəzi hissələr sitat gətirilib.

Soyqırımı nəticəsində çox sayda insan haqları pozuntularının Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzi və “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyi qeyd olunub. Bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş soyqırımıda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirilməsi nəticəsinə gəlib.

Səfir 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində Xocalıda kütləvi soyqırımının insan haqları və beynəlxalq humanitar hüququn kobud pozuntusu olması barədə dünya ictimaiyyəti arasında məlumatlılığı artırdığını, soyqırımının 15-dən çox ölkə, ABŞ-ın 20-dən çox ştatı tərəfindən, eləcə də İslam Əməkdaşlığı Təşkilatının müvafiq sənədlərində tanındığını və pislənildiyini deyib. Diplomat Xocalı ilə yanaşı, Quşçular, MalıbəyliQaradağlıda, Azərbaycanın digər şəhər və kəndlərində törədilən soyqırımıların təşkilində və icrasında günahkar olanların cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Bolqarıstanda səfərdə olan Azərbaycan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin də qonaq qismində qatıldığı tədbirdə Bolqarıstanın dövlət qurumlarının, Xalq Məclisinin (parlamentin) və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak ediblər. Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Bundan əlavə, Sofiya şəhərindəki “Banya Başı” məscidində Xocalı şəhidlərinin ruhuna Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Səfirliyin təşkilatçılığı və Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin dəstəyi ilə məscidə ibadətə gələnlər üçün ehsan verilib.

Azərbaycanın Sofiyadakı səfirliyinin təşkilatçılığı, Bolqarıstan Müsəlmanlar Diyanəti Baş Müftiliyi və “Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyası” dərnəyinin dəstəyi ilə qurumun inzibati binasında tədbir keçirilib. Tədbirdə iştirakçılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, günahsız insanların qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş bu qətliama həsr olunmuş film nümayiş olunub. Xocalı soyqırımı və faciənin 28-ci ildönümü ilə bağlı tədbirlər yerli KİV-də geniş işıqlandırılıb.

Bolqarıstanın aparıcı KİV-lərindən olan “Focus” xəbər agentliyi tərəfindən xüsusi hazırlanan “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı verilişin fevral buraxılışında N.Qurbanova tamaşaçılara ölkəmizin müasir tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bolqarıstanın regional nəşri olan “Kırcaali Haber” qəzetində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Xocalı soyqırımı ilə bağlı bəyanatı və ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərlərinin faciə ilə əlaqədar müraciəti dərc edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam