Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Azərbaycan və Çex Respublikasında keçirilən seçkilər arasında 4 fərq müşahidə etdim”–Beynəlxalq müşahidəçi

 

Çex parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib.

Yenixeber.org:  Azərbaycanda parlament seçkilərini izləmiş Çex parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib.

Deputatlar Palatasının üzvü Yaroslav Holik bildirib ki, seçkiləri 16 seçki məntəqəsində müşahidə edib: “Həm seçici siyahılarını yoxlamışıq, həm də seçki keçirilən məntəqələrin şəklini çəkmişik. Seçkilərin keçirilmə şəraitindən çox məmnun qalmışıq”.

Y. Holik qeyd edib ki, müşahidə zamanı öz ölkəsindəki seçkilərlə buradakı seçkilər arasında 4 fərq müşahidə edib: “Çexiyada seçkilər keçiriləndə seçki məntəqələrində seçicinin adı və soyadı olan siyahı olur. Seçici sadəcə adı soyadını bu siyahıda tapıb şəxsiyyət vəsiqəsini göstərdikdən sonra ora işarə qoyur. Azərbaycanda isə seçici öz imzası ilə səs verdiyini təsdiq etməlidir. Digər tərəfdən Azərbaycanda görmə məhdudiyyətli insanların da səsverməsinə şərait yaradılıb. Bu, məni sevindir. Bundan başqa, hər seçici məntəqəyə girəndə onun barmağı boyanır ki, 2-ci dəfə səs verə bilməsin. Öz fəaliyyətim zamanı bunu Kambocada da görmüşdün. Bu, çox düzgün addımdır”.

Y. Holik nəzərə çatdırıb ki, Çex Respublikasından 4 qrup müşahidəçi seçkiləri müşahidə etmək üçün gəlib.

Y. Holik Azərbaycanın Qarabağ problemi ilə bağlı deyib ki, bu gün Azərbaycan xalqı ayrılığa düçar olan xalqdır. Məsələn, Dağlıq Qarabağ. Bu, yaxşı hal deyil”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam