Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

London Məhkəməsindən Zamirə Hacıyeva ilə bağlı şok qərar -Əmlakı müsadirə edilib satılacaq

 

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın apellyasiya şikayəti rədd edilib.

Yenixeber.org: Onun vəkilləri dekabr ayında Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın "İzaholunmaz Sərvət Sərəncamı"nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı.

Çərşənbə günü səhəri işə baxan Apellyasiya Məhkəməsinin üç hakimindən biri Lord Burnett həmçinin deyib ki, Zamirə Hacıyevanın bu qərardan şikayət etmək üçün icazə almaq barədə vəsatəti də rədd edilib.

Bu o deməkdir ki, o bu qərardan Ali Məhkəməyə şikayət edə bilməyəcək. Hakimlər onun iki il əvvəl "İzahedilməz Sərvət Sərəncamı"nın qanuni hədəfi olduğunu bildirib. 55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks Harrods mağazasında 16 milyon funt xərcləməklə tanınır.

Zamirə Hacıyevanın mənimsədiyi milyonlar Azərbaycana qaytarılacaqmı?

Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshiredə təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək.

Onun əri Cahangir Hacıyev, Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb. Lakin 2018-ci ilin noyabrında Azərbaycanın Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq o həbs olunub və sonradan o, girov qarşılığında azad edilib. O, Azərbaycana ekstradisiya edilməyəcək. (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam