Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

London polisi Zamirə Hacıyevanın 519 min dollarlıq daş-qaşını müsadirə etdi- FOTOLAR

 

London polisi Zamirə Hacıyevanın 519 min dollarlıq daş-qaşını müsadirə etdi

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 400 min funt-sterlinq (təxminən 519278 dollar) məbləğində zinyət əşyaları və daş-qaşı müsadirə olunub.

Yenixeber.org: Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyinin (National Crime Agency, NCA) qərarı ilə atılmış addım ölkədə qanunsuz gəlirlərin leqallaşdırılması və çirkli pulların yuyulması cəhdlərinə qarşı mübarizə proqramı çərçivəsində aparılır.

Zamirə Hacıyevanın müsadirə olunmuş daş-qaşı və zinyət əşyalarının bir müddət sonra satışa çıxarılacağı barədə operativ məlumat alan polis müsadirə barədə qərar qəbul edib.

Həmin zinyət əşyaları artıq Londondakı "Christie's" hərrac evində satışların keçirilməsi üçün verilmişdi.

Bu gün NSA-nın yaydığı məlumata görə, müsadirə olunmuş 49 zinyət əşyasının ümumi dəyəri 400 min funt-sterlinqdir.

Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq "Boucheron" sapfir boyunbağılar, 20 min funtluq "Magic Alhambra" bilərziyi var.

NSA-nın yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün "Christie's"ə veribmiş. "Christie's" əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub.

Zamirə Hacıyevanın bu zinyət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdə 320 min avroya aldığı müəyyənləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam