Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Zamirə Hacıyeva ərinə qarşı ifadə verdi

 

Londonda həbs olunmuş Zamirə Hacıyeva faktiki olaraq əri – Beynəlxalq Bankın keçmiş başçısı Cahangir Hacıyevə qarşı ifadə verib. “Daily Mail” nəşri xəbər verir ki, dünən məhkəmədə çıxış edən Zamirə Hacıyeva qeyd edib ki, Londondakı bütün əmlakı əri əldə edib.

Yenixeber.org: “2009-cu ildə ərim çox imkanlı adam idi. Biz 1997-ci ildə evlənmişik, o isə kapitalını 90-cı illərin əvvəllərindən artırmağa başlayıb”, - Zamirə Hacıyeva London Ali Məhkəməsində deyib.

Zamirə Hacıyeva hakimləri inandırmağa çalışıb ki, ərinin Böyük Britaniyada daşınmaz əmlakın alınmasına xərclədiyi pullarının mənbəyindən xəbəri olmayıb.

“Bütün daşınmaz əmlak alışları ilə ərim məşğul olurdu. Onun həyata keçirdiyi ödənişlərin heç biri barədə xəbərim yox idi. Mən bu pulların mənbəyi haqqında da bilmirəm”, - Zamirə Hacıyeva bildirib.

Nəşr onu da qeyd edir ki, Zamirə Hacıyeva külli miqdarda qonorarın hesabına peşəkar vəkillərdən ibarət əməlli-başlı komanda toplayıb ki, Ceyms Lyuis kimi nüfuzlu vəkil də onların arasındadır. Vəkillərin başlıca vəzifəsi prosesin anonimliyinin təmin edilməsi idi ki, Zamirə Hacıyevanın adı xəbərlərdə hallanmasın. Lakin bunu etmək mümkün olmadı.

Zamirə Hacıyevanın ərinə qarşı verdiyi ifadələr onun vəziyyətini daha da mürəkkəbləşdirə bilər. Xatırladaq ki, Cahangir Hacıyev Bakıda uzunmüddətli həbs cəzasına məhkum olunub. İndi britaniyalı hakimlərdə ona qarşı suallar yarana bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam