Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sarkisyanın cinayət işi üzrə -ibtidai istintaq başa çatıb

Sarkisyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenixeber.org: Bu barədə Sarkisyanın vəkili Amram Makinyan məlumat verib. Onun sözlərinə görə, ilkin istintaq başa çatıb. Müdafiə tərəfinə tanış olmaq üçün cinayət işinin materialları təqdim olunub.
Xatırladaq ki, 2019-cu il dekabrın əvvəlində Xüsusi İstintaq Xidməti Sarkisyana qarşı mənimsəmə və ya oğurluq ittihamı irəli sürüb. Keçmiş prezident 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 1 milyon dollar oğurluqda təqsirli bilinir.

Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan istintaq orqanının əldə etdiyi sübutların ittiham elan etmək və işin məhkəməyə göndərilməsi üçün yetərli olduğunu bildirib.

"İş materialları tanış olmaları üçün təqsirləndirilən şəxslərə və onların nümayəndələrinə təqdim edilib", - deyə Ohancanyan əlavə edib. Onun sözlərinə görə, Barseq Beqlaryan ("Flahs" şirkətinin prezidenti) da daxil olmaqla, işdə daha dörd nəfər ittiham olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam