Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

YAP-çı namizəd Nyu-Yorkda villa alıb – 1.14 milyon dollara

YAP-çı namizəd Nyu-Yorkda villa alıb – 1.14 milyon dollara 

Hakim Yeni Azərbaycan Partiyası siyahısını açıqladıqdan sonra, namizədlərinin təftişi başlayıb. Xüsusilə, jurnalistlər Yeni Azərbaycan Partiyasının siyahısında olan namizədlərlə bağlı axtarışlar verirlər. 

 

Yenixeber.org: Hazırda Avropada yaşayan jurnalist Cavanşir Həsənli öz sosial media hesabından bu mövzuda maraqlı məlumatlar yaymaqdadır. 

Jurnalistin iddiasına görə, “YAP-ın deputatlığa namizədlərindən biri olan “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir”.

Həmçinin, Məşhur Məmmədovun iki il əvvəl Nyu York şəhəri yaxınlığında villa aldığı da bildirilir. Villa Nyu York yaxınlığında, RIVERDALE 335, Lot in Fort Lee ünvanında yerləşir və deputatlığa namizəd bu daşınmaz əmlak üçün 1 140 000 (Bir milyon, yüz qırx min) ABŞ dolları ödəyib.

Qeyd edək ki, Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və “Embawood’ şirkətinin rəhbəridir. Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda nə hikmətsə, şirkətə Məşhur Məmmədov rəhbərlik edir.

Onu da xatırladaq ki, iki gün öncə şirkətin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, M. Məmmədov və “Embawood’un rəhbərliyindən istefa verib və artıq şirkətin keçmiş prezidentidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam