Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ANS televiziyası bərpa olunur? —Mais Məmmədovdan AÇIQLAMA

 

Bağlanan ANS televiziyasının bərpa olunacağı haqqında iddialar ortaya atılıb.

 

Yenixeber.org: ANS ÇM radiosunun tezliyi 102 FM-ə lisenziya verilməsi üçün elan edilmiş müsabiqə başa çatıb. 102 FM-ə görə rəqabət güclü olduğu üçün bu hadisə bir aydır ölkə gündəmini məşğul edib. Belə bir məqamda isə yeni iddialar ortaya atılır. Əksəriyyət düşünür ki, ANS ÇM radiosunun keçmiş ANS rəhbərliyinə qaytarılacaq və bununla bərabər ANS telekanalı da bərpa olunacaq.

 

Bu iddiaların əsaslı olub-olmadığını dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu MMC-nin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bu iddiaları təkzib etdi:

 

“Biz hələlik radionun Çingiz Mustafayevin adında saxlanmasına çalışırıq. Milli Televiziya və Radio Şurası bir fəndə əl atıb. Belə ki, qurum elan etdiyi müsabiqədə 102 FM yerinə 102.1 FM-i satmaq qərarına gəlib. Nəyə görə belə ediblər, Allah bilir. Biz istəyirik, 102 FM-i yenidən bərpa edək. Çünki bu yeganə radiodur ki, Milli Qəhrəmanın adını daşıyır. Məgər bizə Milli Qəhrəman lazım deyil? Belə görünür ki, 102 FM heç zaman işləməyəcək.

 

ANS televiziyasının yenidən fəaliyyətə bgaşlacağı haqqında iddialar əsassızdır. Hazırda Televiziyanın açılmasından söhbət getmir. Televiziyanı elə günə salıblar ki…”

 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb. (modern)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam