Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni TV-nin yayıma başlayacağı tarix açıqlandı

Yeni xəbər televiziyası ARB 24 adı altında fəaliyyət göstərəcək.

Yenixeber.org: Bu sözləri ARB-nin Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov deyib. O, yeni televiziyanın yayıma başlayacağı tarixi də açıqlayıb:

“ARB 24 Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi tenderin qalibi olduqdan sonra biz hazırlıq prosesinə başladıq. Hazırlıq prosesi demək olar ki, yekunlaşıb. Kanal ümumrespublika üzrə açıq yayıma çıxmağa tam hazırdır. Lakin işləri daha da təkmilləşdirmək üçün hələ yayıma başlamırıq. Ümumrespublika yayımını 12 noyabra planlaşdırırıq.

ARB 24 ARB Media Qrupun tərkibində olan telekanaldır. Sadəcə, ARB 24 əvvəlcə regional və peyk yayımında fəaliyyət göstərirdisə, indi ümumrespublikada yaylmlanacaq.

MTRŞ müsabiqə elan etməmişdən öncə televiziya Tovuz rayonundan yayımlanırdı. Ümumrespbulika üzrə lisenziya aldıqdan sonra telekanal tam olaraq Bakıya köçüb”.

İ.Həsənovun sözlərinə görə, ARB 24-ün efirində aparıcı kimi yeni simalar olacaq:

“İcraçı direktor Radik İsmayılovun rəhbərliyi ilə yayıma başalayacaq xəbər televiziyasında köhnə komanda ilə yanaşı, efirdə yeni simalar da olacaq. Hətta aparıcı seçilməsi üçün artıq kastiqnlərə start verilib”.

Qeyd edək ki, MTRŞ Türkel TV MMC-ni (ARB 24) ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verib.(kult.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam