Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın - tezliyi satışa çıxarıldı

Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın tezliyi

“Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyi satışa çıxarılıb”.

Yenixeber.org: Bu barədə fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev məlumat verib. 

Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək. 102,0 MHz də bağlanan ANS ÇM radiosunun tezliyi olub.

“Axı Azərbaycan Radio yayım diapazonunda hələ 30-40 boş tezlik var, niyə məhz Çingizin 102 FM-inə tender elan edilməli idi?! Çingiz Mustafayevin 60 illik yubileyi ərəfəsində, MTRŞ tərəfindən həyata keçirilən bu əməliyyatın məqsədlərini bilmirik. Amma biz də, Milli Qəhrəmanın adını daşıyan əfsanəvi radio tezliyi qorumaq üçün, çətinliklə də olsa, bəhanələrə baxmayaraq, bu tenderə qatıldıq. Artıq məlumdur ki, bizdən başqa tenderə 2 media qurum da müraciət edib”, - deyə V. Mustafayev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam