Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya ilə Ukrayna razılaşdı-Avropaya neft göndərilməsinə dair

 

Moskva ilə Kiyev arasında Ukrayna üzərindən Avropaya neft göndərilməsinə dair razılaşmanın müddəti daha 10 il müddətinə uzadılıb.

Yenixeber.org: Bu barədə Ukraynanın Dövlət Neft Şirkətinin (Ukrtransnafta) açıqlamasında bildirilir. Şirkətin baş direktoru Nikolay Gavrilenko Rusiya Dövlət Neft Sərfiyyatı Şirkətinin (Transneft) direktor müavini Sergey Andronovla Kiyevdə müzakirələr aparıb. Tərəflər Ukrayna üzərindən neftin göndərilməsini nəzərdə tutan müqavilənin uzadılması haqda razılaşma imzalayıb.

Ukrtransnafta ilə Transneft arasında imzalanan razılaşmaya əsasən Ukrayna vasitəsilə neftin göndərilməsi haqda müqavilə daha 10 il işləyəcək.

Qeyd edək ki, iki dövlət şirkəti arasında yeni razılaşma neftin tranzit xidməti üçün ödəniş qiymətinə dəyişikliklər olmadan əldə edilib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında neftin nəqlini nəzərdə tutan müqavilənin müddəti 2019-cu il dekabrın 31-də başa çatırdı. Hazırda Rusiya Ukraynadan keçən boru xətləri hesabına Şərqi Avropa ölkələrinə günlük 1,2 milyon barel neft satır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam