Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Poroşenko Rusiya ilə dostluq sazişini ləğv edir

Poroşenko Rusiya ilə dostluq sazişini ləğv edir

Ukrayna prezidenti Pyotr Poroşenko tezliklə Moskva ilə Kiyev arasında imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”ni ləğv edəcəyini bəyan edib
Yenixeber.org: Bu barədə Poroşenko diplomatlarla görüşündə deyib. 
“Biz Ukrayna ilə Rusiya federasiyası arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsini dayandırmaq barədə addım atmaq qərarına gəlmişik.” – deyə, Poroşenko vurğulayıb. 

Pyotr Poroşenko oun da əlavə edib ki, Rusiya ilə dostluq münasibətlərinə dair müqavilənin ləğvi prosesinə başlamaq üçün yaxın zamanlarda Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən müvafiq sənədlər paketinin təqdim olunmasını gözləyir. 

Qeyd edək ki, 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə” ilə Ukrayna və Rusiya arasında qarşılıq hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurulub. Əgər tərəflərdən heç biri etiraz etmirsə, müqavilənin uzadılma müddəti əvvəlki prolonqasiyadan başlayaraq 10 ildir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam