Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukrayna ərazisindən -Rusiya qazının tranziti dayandırılacaq

Ukraynanın “Naftoqaz” dövlət neft-qaz şirkəti ilin sonunadək Rusiyadan qaz tranzitini bütövlüklə dayandırmağa hazırlaşır.

Yenixeber.org: Bu barədə şirkətin icraçı direktoru Yuri Vitenko “Facebook”dakı səhifəsində bildirib.

“Təəssüf ki, Ukrayna ərazisindən qaz tranzitini təkcə 2020-ci ilin I rübü üçün deyil, bütövlükdə 2019-cu il başa çatandan sonra dayandırılacağını gözləyirik”,- deyə o qeyd edib. Ukrayna dövlət neft şirkətinin rəhbəri Rusiyanın “Qazprom” şirkətinin iqtisadi deyil, siyasi amilləri rəhbər tutduğunu vurğulayıb.

Qeyd olunub ki, bu ay Ukraynada gündəlik qaz hasilatının ötən ilin dekabrına nisbətən 9,2 faiz azaldığı nəzərə alınsa, ölkənin qışa hazırlığı çətin vəziyyətə düşəcək.

Həmçinin RİA “Novosti” xəbər verir ki, Ukraynadakı islahatlara dair Torontoda keçirilən konfransda “Naftoqaz” şirkətinin qaz bölməsinin rəhbəri Andrey Favorov da qaz tranzitində üç aya qədər fasilə gözlədiklərini bildirib.

Ukrayna ərazisindən təbii qaz tranzitinə dair Rusiya ilə qüvvədə olan müqavilə cari ilin sonunda başa çatır. Həmin tranzitin davam etdirilməsilə bağlı Ukrayna - Rusiya - Avropa İttifaqı arasında üçtərəfli danışıqlar aparılsa da, növbəti mərhələnin tarixi hələlik razılaşdırılmayıb. Halbuki Ukrayna baş naziri Vladimir Qroysman iyulun 2-də Avropaya təbii qaz tranzitinin, habelə qaz hasilatının təmin olunmasını “Naftoqaz” rəhbərliyinin birbaşa borcu olaraq səciyyələndirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam