Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Ordusu - yerli zirehli gödəkçəni sınaqdan keçirdi

Azərbaycan Ordusu yerli zirehli gödəkçəni sınaqdan keçirdi
“Buta Armor” şirkətinin istehsalı olan zirehli gödəkçə və dəbilqələr Azərbaycan Ordusunda sınaqdan keçirilib.
Yenixeber.org: Bu barədə şirkətin direktoru Ramin Əhmədov məlumat verib.

Orduda keçirilən sınaqlar zamanı müəyyən olunmuş məsafədən zirehli gödəkçəyə 7.62×54 mm çaplı SVD markalı snayper tüfəngindən, 7.62×39 mm çaplı AKM avtomatından, həmçinin 9×19 mm çaplı tanançadan atəş açılıb.

“Sınaqlar zamanı balistik lövhələrin və panellərin deşilməsi baş vermədi. Bütün güllələr saxlanıldı və sapma olmadı. Lövhədə şişkinlik səviyyəsi 35 millimetrdən az oldu”, - deyə R. Əhmədov bildirib.

Zirehli gödəkçə ilə yanaşı dəbilqə də yüksək qoruma səviyyəsini sınaqlarda təsdiqləyib. 9×19 mm çaplı tapançadan edilən atışlar zamanı dəbilqənin deşilməsi və şişkinlik baş verməyib. Sınaqların nəticələri aktlaşdırılıb.

Qeyd edək ki, “Buta Armor” 2018-ci ildə Bakıda dünyada zirehli gödəkçələrin istehsalı sahəsində tanınan Bolqarıstanın “MARS Armor” şirkətinin texnologiyası əsasında zirehli gödəkçələrin və dəbilqələrin istehsalı müəssisəsini yaradıb. Şirkətin istehsal etdiyi ziehli gödəkçələr bundan əvvəl Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən sınaqlardan keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam