Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Milli Qəhrəmanın ailəsinə - birdəfəlik ödəmə verildi

Milli Qəhrəmanın ailəsinə birdəfəlik ödəmə verildi
"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və qayğısı nəticəsində Milli qəhrəmanlarımıza, şəhidlərimizin ailələrinə yüksək dövlət qayğısı mövcuddur. Bu qayğının bariz nümunələrindən biri də şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsidir".
Yenixeber.org: Bunu Xarkovda Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın ailəsi ilə görüşündə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev deyib.



Səfir bildirib ki, ölkə başçısının Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilir. Artıq Fərmandan irəli gələn tələblərə müvafiq olaraq Ukraynada üç ailəyə birdəfəlik ödəmələrin tətbiqi həyata keçirilir.

Göstərdikləri maddi və mənəvi dəstəyə görə Azərbaycan Prezidentİlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirən Milli Qəhrəmanın atası Aleksandr Polovinka qeyd edib ki, onlar daima Azərbaycan dövlətinin dəstəyini hiss edirlər.



Artıq müavinət R.Polovinkanın ailəsinin hesabına da köçürülüb. Onun sözlərinə görə, R.Polovinkanın şəhidliyi xalqlarımızın dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha sübut edir.

Xatırladaq ki, Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş, Xarkov vilayətinin Zimiyov şəhər sakini leytenant R.Polovinka Qubadlı, LaçınAğdərə uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. 1992-ci il avqustun 6-da R.Polovinka “Mi-24” helikopterinin heyəti ilə birlikdə Ağdərə rayonunu ərazisində gedən ağır döyüşlərdə düşmənin xeyli sayda zirehli texnika və canlı qüvvəsini məhv edib. Lakin bu istiqamətdə etdiyi dördüncü uçuş zamanı helikopter düşmən tərəfdən raketlə vurulub. O, komandiri Zakir Məcidovun əmrinə baxmayaraq, onu tərk etməyib, son ana qədər aviasiya vasitəsini xilas etməyə çalışıb. Təəssüflər ki, R.Polovinka uçuş heyətinin üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam