Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlik yardım ala bilməyənlərin şikayətləriniARAŞDIRIR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün bir qrup şəhid hərbi qulluqçusunun ailə üzvlərinin Mili Məclisin qarşısında etiraz etməsinə münasibət bildirib.
Yenixeber.org: Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, bu gün Milli Məclisin qarşısında illər öncə birdəfəlik sığorta ödənişini almadığını iddia edən bir qrup şəhid hərbi qulluqçularımızın ailə üzvləri etiraz ediblər: "Narazı vətəndaşlarımızın şikayətləri nazirlikdə də araşdırılıb. Bir neçə saata araşdırmanın nəticələrini sübutlarla geniş ictimaiyyətə çatdıracağıq".
Qeyd edək ki, bu gün bir qrup şəhid hərbi qulluqçusunun ailə üzvləri Milli Məclisə gedib. Həmçinin Milli Məclisin bugünkü plenar iclasında bir neçə deputat müavinət ala bilməyən şəhid ailələrinin məsələsini qaldırıb.
Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam